Dünya

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Fransadan zirehli texnika alışını təsdiqləyib

15 noyabr / 08:48 1 dəq
6553e5142e3ed6553e5142e3ee16999969486553e5142e3eb6553e5142e3ec
15 noyabr / 08:48
Burada sizin reklamınız ola bilər

Ermənistan Fransa ilə müdafiə sektorunda, o cümlədən silah alışı məsələlərində əlaqələrini intensivləşdirib və hazırda bu istiqamətdə irəliləyiş müşahidə olunur.

“Qərb Xəbər” məlumat verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

“Biz Fransa ilə müdafiə sahəsində əlaqələrə başlamışıq. Xüsusilə, “Bastion” zirehli texnikası alınacaq. Şadam ki, Fransa ilə təhlükəsizlik sahəsində irəliləyiş əldə edirik. Və bu iş inkişaf edəcək”, – Qriqoryan bildirib.

Oktyabrın 3-də İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Katrin Kolona Parisin hərbi yardım haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib. Fransa artıq Ermənistana “Bastion” çoxməqsədli hücum zirehli texnikası göndərib və Paris də üç hava hücumundan müdafiə radarı tədarük etmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər