Hadisə

Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

23 avqust / 10:13 1 dəq
Mn1
23 avqust / 10:13
Burada sizin reklamınız ola bilər

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə”Qərb Xəbər”ə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər