Ermənistan Qarabağ ermənilərinə pasport verməkdən imtina edir
“Ermənistandan maraqlı xəbərlər gəlir. Orada təsdiq edirlər ki, Qarabağ ermənilərinə verilmiş Ermənistan Respublikasının pasportlarının vaxtı uzadılmır. Təbii ki, Qarabağ ermənilərinin hamısında bu pasportlardan var. Çünki “Artsax”ın pasportu dünyanın heç bir yerində, hətta Ermənistanın özündə belə qəbul edilmir”.
“Qərb Xəbər” “Bakupost.az”a istinadən xəbər verir ki, bu fikirlər “Bakinskiy burila” Teleqram kanalının yaydığı materialda yer alıb.
Qeyd olunur ki, şəxsiyyəti təsdiq edən sənədinin vaxtı bitən Qarabağ ermənilərinə yeni pasport verilmir:
“Pasportun olmaması isə o deməkdir ki, onlar heç bir bank kartı, pensiya-müavinət və s. ala bilməzlər. Bu cür xəbərlər fonunda artıq Ermənistan mediası Azərbaycanla reinteqrasiyanın qaçılmazlığı haqqında ağlaşma qurub”.




