Dünya

Ermənistan parlamentinin sədr müavini: “Anklavlar” məsələsi müzakirə olunur”

3 noyabr / 08:50 1 dəq
8f18b6a4 0d8f 3918 8515 27903a4b1010
3 noyabr / 08:50
Burada sizin reklamınız ola bilər

“Anklavlar” məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var: “Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”.

A.Arşakyan vurğulayıb ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır: “Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər