Ermənistan Milli Bankının sədri:Yolun açılması ilə bağlı xəbərlər Ermənistan bazarları tərəfindən müsbət qarşılanır
“Tramp yolu” layihəsinin (və ya Zəngəzur dəhlizinin) həyata keçirilməsi ilə bağlı siqnal Ermənistan bazarları tərəfindən müsbət qarşılanır”.
Bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.
“Tramp Yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı siqnal bazar iştirakçıları tərəfindən (Ermənistanla Azərbaycan və Türkiyə arasında) kommunikasiyaların açılması və yekun sülh sazişinin imzalanması ilə bağlı mümkün xəbərlər fonunda müsbət qarşılanır”, – qurum rəhbəri bildirib.
Qalstyanın sözlərinə görə, bu yaxınlarda layihənin həyata keçirilməsi üçün ABŞ tərəfindən ayrılan 140 milyon dollarlıq tranş Ermənistan iqtisadiyyatına təsiri baxımından çox da böyük məbləğ deyil:
“Bu, həmin vəsaitlərin iqtisadiyyata yatırılmasına aiddir”.




