Dünya

Ermənilər şəkilli qəbir daşlarımızı görün hara döşəyib

4 noyabr / 10:28 1 dəq
IMG 20231104 004907
4 noyabr / 10:28
Burada sizin reklamınız ola bilər

Azərbaycanlılar Ermənistandan deportasiya olunandan sonra Ermənistandakı, eyni zamanda, işğal zamanı Qarabağdakı azərbaycanlılara məxsus qəbiristanlıqdan mərmər başdaşıları sökən ermənilər onları müxtəlif şəkildə istifadə edib. Bu başdaşılardan mağazaların döşəməsində də istifadə edildiyi üzə çıxıb.

“Qərb Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat və fotoları tarixçi alim Zaur Əliyev paylaşıb.

O bildirib ki, qəbiristanlıqlardan toplanmış azərbaycanlılara məxsus məzar daşlarının döşəndiyi mağaza Ermənistanda yerləşir:

“Üzərində rəhmətə getmiş azərbaycanlıların rəsmləri olan mərmər daşlar ayaq altında, döşəmədə istifadə edilib”.

Alim xatırladıb ki, bunu jurnalist Natalya Aleksandrovna görüb, kadrlar çəkib. Faktı bloger Roman Baqdasaryan da təsdiq edib.

    

R.Carçılı
Paylaş
Burada sizin reklamınız ola bilər