Kateqoriyasız

Ermənilər Kəlbəcərə yenidən hücum etdilər – Müdafiə Nazirliyindən durumla bağlı açıqlama

11 fevral / 12:50 1 dəq
Müdafiə Nazirliyi
11 fevral / 12:50
Burada sizin reklamınız ola bilər

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər