Bölgə xəbərləri

Ermənilər itkilərini gizlədirlər?

13 may / 13:06 2 dəq
5b468778ed6bb1c8155f87c71e37909bqar ordu jpg
13 may / 13:06
Burada sizin reklamınız ola bilər

May ayının 11-dən etibarən Ermənistan tərəfinin məqsədli şəkildə sərhəddə törətdiyi təxribatlar nəticəsində hər iki tərəfdən itkilər var. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı bəyanatında Ordumuzun iki hərbçisinin Şəhid olduğunu bildirib. Yaralı sayı isə 1 nəfər təşkil edir.

Ermənistan tərəfi isə ölənlərin sayını gizlətsə də, yaralılarının olduğunu açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, son toqquşmalarda 1 əsgərini itirib. 8 əsgəri isə yaralanıb. Nazirliyin açıqlamasına görə, yaralılardan biri artıq evə buraxılıb. Digər yeddisini isə durumu sabitdir.

Lakin erməni mənbələri rəsmi qurumların itkilərlə bağlı açıqlamasını real hesab etmirlər. Onlar bildirirlər ki, təkcə Zod istiqamətində gedən döyüşlər zamanı ən azı 10-12 erməni hərbçisi yaralanıb. Bunu da onunla əsaslandırırlar ki, Qeqarkunik və Vardenis xəstəxanalarına son iki gündə məhz bu sayda yaralı daxil olduğu barədə dəqiq məlumatları var. Kut, Dığ isatiqamətində isə yaralı sayının 8 nəfər olmasını mümkün hesab edirlər. Amma ölənlərə gəldikdə bunun 1 nəfər olmasını real qəbul etmirlər. Təkcə, Vardenis istiqamətində 3 hərbçilərinin öldüyünü bildiklərini qeyd ediblər.

jamaz.info

Paylaş
Burada sizin reklamınız ola bilər