Bölgə xəbərləri

Ermənilər Gədəbəy rayonunu atəşə tutdu

12 sentyabr / 10:53 1 dəq
9ad95c4e 67ae 3893 8257 5710d31625f8
12 sentyabr / 10:53
Burada sizin reklamınız ola bilər
Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Qərb Xəbər” bildirir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Paylaş
Burada sizin reklamınız ola bilər