Bölgə xəbərləri

Erməni gənclər Qarabağı tərk edirlər – Video

5 iyun / 16:09 1 dəq
Lacin 11 (2)
5 iyun / 16:09
Burada sizin reklamınız ola bilər

Rus sülhməramlılarının müvəqqəti məskunlaşdığı zonada yaşayan etnik ermənilər Azərbaycan sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan və Ermənistan arasında şərti sərhədi rahat şəkildə keçirlər.

Bunu Həkəri çayı üzərindəki körpüdə çəkilən yeni video bir daha nümayiş etdirir.

Görüntülərdə Xankəndi-Gorus istiqamətində hərəkət edən sərnişin daşımalarına baxış keçirilir.

Sərnişinlər arasında hərbi yaşda olan gənclərin daha çox olduğunu görməmək mümkün deyil. Onlar sülhməramlıların müvəqqəti yaşayış zonasını kütləvi şəkildə tərk edirlər.
Çox böyük ehtimalla, 44 günlük müharibəni çox yaxşı xatırlayırlar və separatçıların mütəmadi olaraq təşkil etdikləri təxribatların təhlükəsini anlayırlar.

Bu baxımdan ən ağıllı addım bölgədən çıxıb getməkdir.

Bizim.Media

 

Paylaş
Burada sizin reklamınız ola bilər