Dünya

Erməni deputat: “Rusiya ilə münasibətlərin korlanması ölkə üçün riskli addımdır”

11 sentyabr / 14:57 1 dəq
Indir 2023 09 11T145644.279
11 sentyabr / 14:57
Burada sizin reklamınız ola bilər

“Ermənistan hökuməti bu faktı gizlətməyə çalışsa da, hər şeyin qaydasında olduğunu göstərsə də, Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir”.

“Qərb Xəbər” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan bildirib.

“Ola bilər ki, yanılıram, amma bundan əvvəl Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasını və ona etiraz notası verilməsini xatırlamıram”, – o vurğulayıb.

A.Xaçatryanın fikrincə, Moskva ilə münasibətlərdəki gərginlik İrəvanın xarici siyasət vektorunun dəyişməsinin nəticəsidir.

O hesab edir ki, Ermənistan rəhbərliyinin diqqəti Qərbə yönəlib, orada təhlükəsizlik mənbəyi axtarır: “Amma anlamaq lazımdır ki, Türkiyə Ermənistanın qərbində yerləşir. Fransa deyil, başqa ölkələr deyil, məhz Türkiyə”.

Paylaş
Burada sizin reklamınız ola bilər