Dünya

Ərdoğan: Xankəndinin Qafqazın Sülh Mərkəzi olacağına ürəkdən inanıram

4 iyul / 16:24 1 dəq
Erdogan
4 iyul / 16:24
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib.

Qerbxeber.com Bunu Cumhurbaşqanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır.

“Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün səylərimizi səfərbər edirik. 2024-2030-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərinin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm”, – dövlət başçısı vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər