Dünya

Ərdoğan: Qəzzada atəşkəs pozularsa, bunun ağır nəticələri olacaq

14 oktyabr / 15:05 1 dəq
ərdoğan
14 oktyabr / 15:05
Burada sizin reklamınız ola bilər

Qəzzada atəşkəs qorunmalıdır.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli medianın suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Qəzzadakı atəşkəsin davamlı olması və pozuntuların baş verməməsi ən vacib məsələdir.

“İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunmasına qətiyyətlə dəstək verir və vəziyyət yenidən gərginləşsə, bunun ağır nəticələri olacağını İsrail özü də bilir. Keçmişdə bir çox razılaşmalar kağız üzərində qalmışdı, amma indi daha güclü və ortaq iradə mövcuddur”, – Ərdoğan vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər