Ərdoğan: F-35-lərin pulunu ödəmişik,təhvil verilməsini Trampla müzakirə etdik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb.
“Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib.




