Əli Laricaninin ölümü təsdiqləndi
İsrail müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib.
Qerbxeber.com xəbər verir ki, İranın “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin də məhv edildiyini açıqlayıb.
“Laricani və “Bəsic” komandanı məhv edilib, Xamenei və bütün məhv edilmiş şər qüvvələrinin üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriliblər.
ABŞ Prezidenti Tramp İran rəhbərliyində yüksək vəzifəlilərin dəyişdirilməsindən danışır. Vaşinqton saatı ilə səhər açıldıqda ona xəbər verəcəyik ki, bu proses tam sürətlə davam edir və iki yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsi nəticəsində daha da artıb”, – İsrael Kats vurğulayıb.
Müdafiə naziri əlavə edib ki, o və Baş nazir Benyamin Netanyahunun əmri ilə İsrail ordusu İrandakı rejimin rəhbərlərini ovlamağa davam edəcək, “osminoq”un başını kəsəcək və onun yenidən böyüməsinə imkan verməyəcək.




