İqtisadiyyat

Elektrik enerjisinin istehsalı artıb

16 dekabr / 11:19 1 dəq
61bad5e13f1af61bad5e13f1b0163963440161bad5e13f1ac61bad5e13f1ae
16 dekabr / 11:19
Burada sizin reklamınız ola bilər

Azərbaycanda cari ilin yanvar-noyabr aylarında 23 509,8 mln. kVt-saat elektrik enerjisi, yəni illik müqayisədə 7,9% çoxdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 22 789,8 mln. kVt-saat təşkil edib (+8,3%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 21 494,8 mln. kVt-saat istilik (+7,9%), 1 162,9 mln. kVt-saat su elektrik (+18%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər