Əkrəm İmamoğlu 20 ay müddətinə həbs olundu
İstanbul Böyük şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qerbxeber.com xəbər verir ki, məhkəmə Əkrəm İmamoğluna “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”dan bəraət versə də, “vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu” maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
İmamoğlu siyasi qadağa olmadan cəmi 1 il 8 ay həbs cəzası alıb.




