Dünya

Əfqanıstanda güclü zəlzələ:-Ölənlərin sayı 500-ə çatıb

1 sentyabr / 11:27 1 dəq
Efqanistan zelzele
1 sentyabr / 11:27
Burada sizin reklamınız ola bilər

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb, 1000-ə yaxın insan isə yaralanıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə NBC-i yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Son məlumata görə, zəlzələnin gücü 6.0 bal olub və hadisə gecə saatlarında Pakistan sərhədinə yaxın, Cəlalabad şəhərindən 17 mil məsafədə baş verib.

Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, zəlzələ uzaq dağlıq ərazidə baş verdiyindən dəqiq məlumatların toplanması üçün mütəxəssislərə vaxt lazımdır.

“Zərərçəkmiş bölgələrdə insanlara yardım göstərmək üçün genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı səfərbər etmişik,” – deyə o qeyd edib.

 

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər