İqtisadiyyat

EBRD-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

13 yanvar / 13:22 1 dəq
42f98a55 705a 3b66 9069 26e67bb4a6cb
13 yanvar / 13:22
Burada sizin reklamınız ola bilər

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Qafqaza səfər edəcək.

“Qərb Xəbər” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.

Heyət yüksək vəzifəli dövlət rəsmiləri, diplomatik icma, tərəfdaşlar və müştərilərlə görüşəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər