Bölgə xəbərləri

Düz Cırdaxan kənd yolunda problemlər bitmək bilmir

28 mart / 12:19 2 dəq
IMG
28 mart / 12:19
Burada sizin reklamınız ola bilər

Bura Tovuzun Düz Cırdaxan kəndidir. Gözünü açandan burada yaşayan kənd sakini bildirir ki, uzun illərdir kəndin problemləri bitmək bilmir. Qışda yolda zığ-palçıqdan, yayda toz-torpaqdan yaranan hərəkətin məhdudluğu əsəbləri tarıma çəkib. Ensiz yolda avtomobillərin hərəkəti mümkün deyil.

Təmirə ehtiyac duyulan yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Keçilməz olan yolun bu vəziyyəti qonşular arasında olan ədavəti daha da şiddətləndirib.

Həmsöhbətimiz Şamama Musayeva çıxış yolu kimi qonşusundan hasarını sökməsini tələb edir. Bütün sənədlərinin qaydasında olduğunu bildirən qarşı tərəf isə mülkünün qanuni sahibi olduğunu söyləyir.

“Qərb Xəbər” olaraq məsələyə aydınlıq gətirmək üçün Düz Cırdaxan kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq. Qurum rəsmisi Akif Mehdiyev şifahi olaraq bildirib ki, mübahisəli ərazidə 1995-96-cı ilədək yol olmayıb.

Yola yaxın yerləşən hasar isə həmin illərdə tikilib. O ki qaldı yol probleminin həlli məsələsinə, Akif Mehdiyev bununla bağlı bir neçə aidiyyatı qurumlarla danışıqlar aparıldığını vurğulayıb. Yol çəkmək ən böyük savabdır, deyirlər. Ümid edək ki, tezliklə sakinlərin rahat gediş-gəlişi təmin olunacaq.

Aymirə İsmayılqızı,

Röyal İslam, Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər