Dünyanın 2 nəhəng ölkəsi təcili BMT iclası çağırılmasını tələb etdi
Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələb edilir.
“Qərb Xəbər” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Belə ki, Meksika və Fransa martın 29-da Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyiblər.
Analoji təklif ölkədə humanitar vəziyyətin pisləşməsi fonunda verilib.
İclasda Ümumdünya Ərzaq Proqramı nümayəndələrinin məruzələri gözlənilir.




