Dünya

Dünyanın ən bahalı liqaları

17 fevral / 10:24 1 dəq
Most Watched League
17 fevral / 10:24
Burada sizin reklamınız ola bilər

“Sportingpedia” dünyanın ən bahalı liqalarının reytinqini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, siyahı çempionatlarda çıxış edən bütün futbolçuların təxmini dəyərinə əsaslanaraq tərtib edilib.

Ən bahalı yarış İngiltərə Premyer Liqası olub. “Dumanlı albion”da futbolçuların ümumi dəyəri 11,77 milyard avro olaraq qiymətləndirilir.

“İlk üçlük”də İspaniya La Liqası (5,29 milyard) və İtaliya A seriyası (5,07 milyard) yer alıb.

Siyahının sonrakı sıralarında Almaniya Bundesliqası (4,48 milyard), Fransa Liqa1 (3,52 milyard), Braziliya A seriyası (1,63 milyard), Portuqaliya Premyer Liqası (1,59 milyard), Niderland Erediviziyası (1,28 milyard), ABŞ və Kanada komandalarınım çıxış etdiyi MLS (1,24 milyard) və Türkiyə Superıiqası (1,15 milyard) qərarlaşıb.

Paylaş
Burada sizin reklamınız ola bilər