Bölgə xəbərləri

Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur

18 may / 15:14 1 dəq
FotoJet 2022 05 18T140827.214
18 may / 15:14
Burada sizin reklamınız ola bilər

Dünən Şəmkir şəhərində yanan ikimərtəbəli ev sabiq deputat Sona Əliyevaya məxsus olub.

“Qərb Xəbər” məlumat verir ki, Sona Əliyeva hadisə ilə bağlı Azxeber.com-a açıqlama verib.

O qeyd edib ki, ev qayınatasına məxsus olub:

“Yanan ev mənim qayınatama məxsusdur, mən bu evə gəlin gəlmişəm. Uzun illərdir ki, bu evdə yaşayırıq. Yəni ev mənim ailəmə məxsusdur. Amma sənəd üzrə qayınatama məxsusdur”.

Sona Əliyeva həmçinin bildirib ki, xəsarət alan yoxdur və evə ciddi ziyan dəyməyib:

“Amma ciddi bir şey baş verməyib. Qaraj yanıb. Yataq otağının biri çox yüngül yanıb. Başqa heç bir şey yoxdur. Sadəcə his, tüstü var, ev çirklənib. Başqa heç bir şey yoxdur. Hamısı qaydasındadır. Salamatlıqdır. Rayon evləri köhnə evlərdir, olur belə hallar, qısaqapanma baş verir”.

Paylaş
Burada sizin reklamınız ola bilər