Xəbər

Azərbaycanın Qərb bölgəsində zəlzələ – 7 rayon silkələndi

14 fevral / 10:29 2 dəq
845352852e47e4af9a88ea8de106c427
14 fevral / 10:29
Burada sizin reklamınız ola bilər

Dünən gecə saat 22.25 -də Gürcüstanda zəlzələ baş verib.

Yeraltı təkanların mərkəzi Gürcüstanın Dumanisi rayonun Sameba kəndində  olub. Burada ilk təkanın gücü 6.2 bal qeydə alınıb. “Qərb xəbər” Gürcüstanın Milli Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Yeraltı təkanlar nəticəsində Dumanisinin Şahmarlı kəndində bir evin divarları uçub, həmçininMarneulinin Candar kəndində bir evin divarı çatlayıb. İlk təkandan sonra saat 22.28-də 4.5 bal gücündə ikinci və saat 22.31-də isə 4.1 bal gücündə üçncü təkan baş verib. Zəlzələ paytaxt Tbilisidə, həmçinin Marneuli və Bolnisi də hiss olunub.

Bildirək ki, baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub. Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Paylaş
Burada sizin reklamınız ola bilər