Bölgə xəbərləri

DSX-nin özünü güllələyən hərbi qulluqçusu vəfat edib

7 dekabr / 08:56 1 dəq
6a73b6d5 c2e0 3e96 b8ae 293251f39259
7 dekabr / 08:56
Burada sizin reklamınız ola bilər

30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Bu barədə”Qərb Xəbər”ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Xatırladaq ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

Paylaş
Burada sizin reklamınız ola bilər