Xəbər

Dövlət Komissiyası qalıqları ailələrinə təhvil veriləcək itkinlərə dair məlumatı açıqlayıb

30 aprel / 15:14 1 dəq
Indir 2024 04 30T151344.834
30 aprel / 15:14
Burada sizin reklamınız ola bilər

Beyləqanın Peyğəmbəri qəbiristanlığında basdırılmış və artıq şəxsiyyəti müəyyənləşdirilmiş 10 nəfərin, Edilli, Daşaltı və Sarıcalı kəndlərində kütləvi məzarlıqlarda aşkarlanmış 9 nəfərin qalıqları həmin ərazidən götürülüb.

Qerbxeber.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, ilkin olaraq onların ailəsinə təhvil verilməsi prosesi həyata keçiriləcək: “Daha sonra naməlum məzarlardan tapılan meyit qalıqları ailələrinə təhvil veriləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər