Dünya

Dövlət Departamenti: Gürcüstan hökumətinin qanun layihəsi onun transatlantik istəklərinə uyğun gəlmir

14 may / 08:49 1 dəq
66426b97715a966426b97715aa171562895166426b97715a566426b97715a7
14 may / 08:49
Burada sizin reklamınız ola bilər

“Gürcüstan xalqının 80 faizindən çoxu ölkənin Avropa İttifaqına qoşulmasını istəyir və biz də bunu dəstəkləyirik”.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ Gürcüstan hökumətini Avropa İttifaqına inteqrasiya yolunu davam etdirməyə çağırır.

Patel qeyd edib ki, Gürcüstan hökumətinin “xarici təsir” qanunu ilə bağlı fəaliyyətləri Gürcüstan xalqının özünün ifadə etdiyi istəklərə uyğun gəlmir.

“Gürcüstan hökuməti Avropa Birliyinə daxil olmaq və NATO kimi transatlantik alyanslarla əlaqələr qurmaq istədiyini bəyan edib. Amma həyata keçirilən oxşar qanunvericilik fəaliyyəti, hökumətin oxşar hərəkətləri, onun hazırkı fəaliyyəti qeyd olunan məqsədlərə uyğun gəlmir”, – Vedant Patel bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər