Donald Tusk: Rusiya ilə yeni tipli müharibə başlayıb
Polşanın Baş naziri Donald Tusk Rusiya ilə Qərb arasında “yeni tipli müharibə”nin artıq başladığını bəyan edib.
Qerbxeber.com xəbər verir ki, onun sözlərini “The Guardian” yayıb.
Tusk qeyd edib ki, Qərb ictimaiyyəti Rusiya ilə qarşıdurmanı gələcək risk deyil, artıq mövcud fakt kimi qəbul etməlidir:
“Bu, müharibədir. Biz bunu istəmirdik, amma bu müharibədir”.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Avropa ilə müharibə ehtimalından danışaraq Qərbi “hiperaktivlikdə” günahlandırmışdı.




