Elm və Texnologiya

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

4 avqust / 16:39 1 dəq
64cceb25b818164cceb25b8182169115114164cceb25b817f64cceb25b8180
4 avqust / 16:39
Burada sizin reklamınız ola bilər

Direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən “Qərb Xəbər”ə verilən xəbərə görə, imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər