Qərb Xəbər TV

DİN və ANAMA mina təhlükəsi ilə bağlı bir daha vətəndaşlara çağırış edib

13 oktyabr / 13:19 2 dəq
Indir 2023 10 13T131812.353
13 oktyabr / 13:19
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-dən “Qərb Xəbər”ə verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

“Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!”, – çağırışda vurğulanır.

Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə “Qazel” markalı maşının sürücüsü – 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “Kamaz” tipli yük maşınının sürücüsü – 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər