Bölgə xəbərləri

DİN: Qazaxda 120 min 288 ədəd pirotexniki vasitə aşkarlanıb

29 noyabr / 13:14 1 dəq
Fff0f523 d6fd 3880 8769 a3b71ce8c591
29 noyabr / 13:14
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda avtomobildə 120 min 288 ədəd pirotexniki vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Birinci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı sərnişini R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər