Ağstafa

DİN: Ağstafada 3 ədəd qanunsuz ov tüfəngi götürülüb

28 dekabr / 11:12 1 dəq
1617008389783733971 1000x669
28 dekabr / 11:12
Burada sizin reklamınız ola bilər

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olduğu bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, RPŞ-nin əməkdaşları müvafiq tədbirlər həyata keçirmək üçün hadisə yerinə gəliblər.

Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər