Kateqoriyasız

DİM sədri imkansız ailələrin tələbə övladları ilə bağlı açıqlama verib

24 sentyabr / 17:40 1 dəq
E1c8ca4b 5b48 3a10 9316 878e8efb9060
24 sentyabr / 17:40
Burada sizin reklamınız ola bilər

“Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələlik DIM-də həmin şəxslərin sayı barədə məlumat yoxdur: “Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”. 

M.Abbaszadə deyib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək: “Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilənlərə də şamil olacaq. Həmin ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər