Dəmir Qübbəni idarə edən zabit İran agenti imiş
Dəmir Qübbə HHM sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti İrana casusluq etməkdə şübhəli bilinərək həbs olunub.
Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Şübhəli 26 yaşlı Yerusəlim sakini Raz Koendir.
Polis və “Şin Bet”in (Daxili Təhlükəsizlik Xidməti) açıqlamasında iddia olunur ki, Koen aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayır və onlar üçün bir neçə tapşırıq yerinə yetirib, o cümlədən pul müqabilində məxfi məlumatları ötürüb.




