Dünya

“Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb

26 mart / 11:21 1 dəq
65fe8e5273bb165fe8e5273bb2171118139465fe8e5273baf65fe8e5273bb0
26 mart / 11:21
Burada sizin reklamınız ola bilər

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.

Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.

Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğından dünyasını dəyişib.

Paylaş
Burada sizin reklamınız ola bilər