Dünya

Çin XİN: “ABŞ daxili işlərimizə qarışmağı dayandırmalıdır”

11 aprel / 13:06 1 dəq
2a597208 1cfd 3ce5 9f09 db377464db48
11 aprel / 13:06
Burada sizin reklamınız ola bilər

“ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır”.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton ikitərəfli münasibətlərin siyasi təməlini sarsıtmağa son qoymalıdır: “Rəsmi Pekin Çin-ABŞ münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət daşımır. Vaşinqton Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişaf yoluna qayıtmasına kömək etməlidir”.

Bundan əvvəl ABŞ-ın “Politico” nəşri yazmışdı ki, Çin ABŞ-la yüksək səviyyəli diplomatik əlaqələri davam etdirmək, o cümlədən görüşlər keçirmək niyyətində deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər