Dünya

Çin və Rusiya bu məsələdə yardım edə bilər-ABŞ rəsmisi

17 may / 09:33 1 dəq
Putin szinpin121
17 may / 09:33
Burada sizin reklamınız ola bilər

Rusiya və Çin hakimiyyəti Şimali Koreyanın hərəkətlərinin cilovlanmasında rol oynaya bilər.

Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Biz çoxdan hesab edirik ki, Rusiya və Çin Şimali Koreyanın təxribatçı, ehtiyatsız, zərərli və sabitliyi pozan davranışlarının qarşısının alınmasında müəyyən rol oynamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıb. Orada Rusiya və Çinin ABŞ və müttəfiqlərinin KXDR-ə qarşı hərbi təxribatlar törətmək cəhdlərinə qarşı olduğu bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər