Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Qerbxeber.com xəbər verir ki, C.Bayramov bu barədə X sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd eidb ki, qazaxıstanlı həmkarı ilə iki ölkə arasında mövcud olan güclü strateji tərəfdaşlığın perspektivlərini müzakirə edib.
“Siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığımızı nəzərdən keçirdik, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, – nazir vurğulayıb.




