İdman

Çempionlar Liqası: 1/8 final mərhələsinə bu gün keçiriləcək iki oyunla yekun vurulacaq

13 mart / 09:54 1 dəq
Indir 2024 03 13T095308.501
13 mart / 09:54
Burada sizin reklamınız ola bilər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Qerbxeber.com məlumatına görə, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.

Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun – 0:1.

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun – 1:1.

Paylaş
Burada sizin reklamınız ola bilər