“Çelsi” son çempionu məğlub etdi
İngiltərə Premyer Liqasında VII turun görüşləri davam edir.
Qerbxeber.com xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Çelsi” evində son çempion “Liverpul”u sınağa çəkib.
Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Matç “zadəganlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Moises Caicedo londonluları 14-cü dəqiqədə hesabda irəli çıxarıb, 63-cü dəqiqədə Kodi Qakpo hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı dəqiqədə Estevao vurub.




