Kateqoriyasız

“Çapar”ın xüsusi buraxılışı çap olunub

22 sentyabr / 12:01 2 dəq
424986742
22 sentyabr / 12:01
Burada sizin reklamınız ola bilər

“Çapar” tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

“Qərb Xəbər”in məlumatına görə, dərgidə Azərbaycanın tanınmış alimlərinin – Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib.

Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

https://www.facebook.com/capardergisi/posts/822294241846288

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş “Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda” kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

“Çapar” tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.

Paylaş
Burada sizin reklamınız ola bilər