Maraqlı

Çəki atmaq, yoxsa arıqlamaq?- peşəkar idmançı Elnur Nemətov

10 fevral / 16:05 2 dəq
Elnur Nemətov
10 fevral / 16:05
Burada sizin reklamınız ola bilər
 Arıqlamaq mövzusu ilə müraciət edən insanların əksəriyyətindən eşitdiyim : şəkər və çörək yemədim çəki atdim )
Əlbəttə! Çəki azalır, özünü daha yüngül və enerjili hiss edirsən. Amma… sonra nə olacaq?
Bu belə davam edəcəkmi? Müvəqqəti bir rejim saxlayıb sonra köhnə həyat tərzinə qayıtsan, nəticə nə olacaq? Eyni çəkidən də artığını geri alacaqsan.
Şəkəri və çörəyi kəsmək məslənin həlli deyil. Məsələ vərdişləri dəyişməkdir!
Hə ,indi gəldik əsas məsələyə…
Cəki atmaqla arıqlamağın fərqinə !
Gəlin bunları qarışıq salmayaq…
❌️Cəki atmaq : bədən çəkisinin azalmasıdır. Bu, təkcə yağ itirmək deyil, eyni zamanda orqanizmdə su, əzələ kütləsi və sümük sıxlığının azalması da ola bilər. İnsan xəstələnəndə cəkisi azala bilir və ya az yeyərək çox tərləməklə sürətlə çəki ata bilərsən. Amma bu, həmişə sağlam və uzunmüddətli olmur.
✅️Arıqlamaq :bədəndə yıgılan artiq yağları azaltmaqdır– Məqsəd bədənin əsasən yağ hissəsini itirməsidir. Bunun ücün isə sağlam qidalanmaq şərtdir..Cəkin azalırsa, əzələ kütləsi qorunursa (hətta artırsa) düzgün arıqlama prosesi budur .
Bir şeyi unutmayaq, arıqlamaq bir mərhələdir, amma sağlam olmaq – ömürlük bir yaşam tərzidir! Gəlin özümüzü cəzalandırmaq üçün yox, özümzü sevdiyimiz üçün sağlam qidalanaq.
Paylaş
Burada sizin reklamınız ola bilər