Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun daha bir neçə kəndinin işğaldan azad edildiyi ilə bağlı paylaşım edib.
“Qərb Xəbər”in məlumatına görə, dövlət başçısı bu sözləri yazıb:
“Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”





