Cəbhədə döyüş gedir – itkilər var
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.




