Dünya

Bukmekerlər Türkiyədəki seçkilərə pul qəbul edirlər – FOTOFAKT

10 may / 12:26 1 dəq
Erdogan kilicdaroglu
10 may / 12:26
Burada sizin reklamınız ola bilər

Bu həftənin sonunda Türkiyədə keçiriləcək seçkilər bütün dünyanın diqqət mərkəzindədir.

“Qərb Xəbər” xəbər verir ki, prezident seçkilərinə marağın böyük olması idman mərc saytlarının da diqqətindən yayınmayıb.

Bukmeker kontorlarının bir qismi “Türkiyədəki prezident seçkilərində kim qalib gələcək?” adlı mərc növü yaradıblar. Onlar 2 namizəd – Rəcəb Tayyip Ərdoğan və Kamal Kılıçdaroğlu arasında seçim etmək imkanı yaradıblar.

Əmsallar da məlumdur. Kılıçdaroğlu 1.75 əmsalla favorit göstərilir. Ərdoğanın qələbə əmsalı isə 1.95 kimi qiymətləndirilir.

Heybət

 

Paylaş
Burada sizin reklamınız ola bilər