Kateqoriyasız

Büdcə müzakirələrinin vaxtı açıqlanıb

21 dekabr / 13:47 1 dəq
362c724c 05fc 36b5 8bd4 292df18b0840
21 dekabr / 13:47
Burada sizin reklamınız ola bilər

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.

Bu barədə “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, büdcə zərfinə “2021-ci il dövlət büdcəsi haqqında”, “2021-ci il üçün yaşayış minimumu haqqında”, “2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər