Siyasət

Bu şənbə “sükut günü”dür

5 fevral / 10:07 1 dəq
Elections 141012 (1)
5 fevral / 10:07
Burada sizin reklamınız ola bilər

Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i, bu həftənin şənbə günü Azərbaycanda “sükut günü”dür.

Parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Belə ki, seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər