Elm və Texnologiya

Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

27 oktyabr / 09:56 1 dəq
Indir 2023 10 27T095551.796
27 oktyabr / 09:56
Burada sizin reklamınız ola bilər

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən “Qərb Xəbər” bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.

Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər