Bu gün, 26 oktyabr 2024-cü il tarixində Gürcüstanda XI çağırış parlament seçkisi keçirilir.
Qerbxeber.com 24News.ge-yə istinadən xəbər verir ki, ilk dəfə olaraq parlament seçkiləri tam proporsional sistemlə keçirilir. Ümumilikdə 150 mandat uğurunda mübarizə, 5 faizlik seçki baryerini keçən seçki subyektləri arasında bölünəcək. Həmçinin ilk dəfə olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkiləri elektron şəkildə baş tutacaq və burada seçicilərin təxminən 90%-i elektron cihaz vasitəsilə səs verəcək. MSK-nın məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Elektron texnologiyalardan istifadə etməklə 3 milyon 113 min 747 seçici seçkilərdə iştirak edəcək.
2024-cü il parlament seçkilərində 18 siyasi birlik iştirak edir.
Seçici aşağıdakı siyasi birliklər arasında seçim etməli olacaq:
(3) “Gürcüstan Birlik və İnkişaf Partiyası”
(4) “Dəyişiklik üçün koalisiya” – Qvaramia, Melia, Qirçi, Droa
(5) “Birlik – Milli Hərəkat”
(6) “Avropalı Demokratlar”
(8) “Gürcü Vətənpərvərlər Alyansı”
(9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!”
(10) “Gürcüstanın Leyboristlər Partiyası”
(12) “Bizim Vahid Gürcüstanımız”
(16) “Gürcüstanı dəyiş”
(17) “Gürcüstan”
(20) “Azad Gürcüstan” (
21) “Tribuna”
(23)“Biz”
(25) “Qaxaria Gürcüstan üçün ”
(26) “Sol Alyans”
(27) “Gürcü birliyi”
(36) “Qirçi”
(41) “Gürcü arzusu”.
MSK-nın məlumatına görə, ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək. Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil edilib.