Bu gün Milli Azadlıq Hərəkatının lideri,eks-prezident Əbülfət Elçibəyin anım günüdür
Bu gün Milli Azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 23 il keçir. Əbülfəz Elçibəy 1992-ci il 7 iyunda keçirilən prezident seçkilərində demokratik yolla prezident seçilmişdir. 1993-cü il 4 iyun Gəncə qiyamından sonra hakimiyyətdən uzaqlaşdırılmışdır. 1970-ci illərdən başlayaraq Azərbaycan Dissident hərakatının əsasını qoyanlardan biri olmuşdur. 1988-ci ildən başlayan Xalq Hərakatının lideri olmuş,AXC-nin (AXCP-nin) və BAB (Bütöv Azərbaycan Birliyinin) qurucu sədri olmuşdur.2000 ci ilin 20 avqust tarixində Türkiyənin Gülhane Hospitalında ağır xəstəlikdən sonra vəfat etmişdir.
22 avqust 2000-ci ildə xalqımız Əbülfəz Elçibəyi ən böyük izdihamla son mənzilə yola salıb. Allah rəhmət etsin!




